Sizə
Zəng Edək
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

Sıfırdan İngilis Dilini Öyrənmək

Sıfırdan İngilis Dilini Öyrənmək

Sıfırdan İngilis Dilini Öyrənmək: İngilis dilini öyrənməyə haradan başlamaq lazımdır?

Sıfırdan Ingilis dilini necə öyrənmək olar, İngilis dilini öyrənməyə haradan başlayaq və ya addım-addım ingilis dili öyrənmək istəyirəm, nə etməliyəm kimi suallar bizə verlməkdədir. 

Bu səbəblə illərlə çalışdığımız və tələbələrimiz tərəfindən müvəffəqiyyətlə istifadə olunan bu addım-addım ingilis dili öyrənmə metodu sizinlə bölüşəcəyəm. Biraz uzun yazı ola bilər amma həyatınızda ingilis dilini öyrənmək yolunda təsir edəcək qədər lazımlı bir mövzu olacaqdır.


Sıfırdan ingilis dilini öyrənmək üçün Yol Xəritəsi

Bu yazı həyatınızı dəyişdirə bilər çünki bəlkədə ilk dəfə İngilis dilini qorxulacaq bir dil deyil sizin üçün açılacak yeni qapılar olacaqdır. 

Hər gün ingilis dilini bilmədiklərinə görə hədəflərinə çatmayan insanlardan məlumat alırıq. İngilis dilini bilmirsənsə iş fürsəti yoxdur, İngilis dilini bilmirsənsə xaricdə təhisl yoxdur, İngilis dilin yoxdursa məsələ böyükdür. 

Hərkəsin ingilis dilini sərbəst şəkildə danışa biləcəyi, beynəlxalq rəqabət və keyfiyyətli işçilərin və innovasiyaların artacağı və bununda ölkəmizə milyardlarla dolların gətirəcəyinə inanırıq. Bu izah etdiyimiz şəxsi bir məsələdən çxaraq ölkə məsələsinə çevrilir. Bu səbəblə mu problemlərin həll olunması lazımdır və buna görə də biz üzərimizə düşəni edirik. 


Nə üçün İngilis dilini Öyrənə bilmirsiniz?

Yüzlərcə tələbəyə ingilis dilini öyrədən bir şirkət olaraq - British Centre, sizə ingilis dilini öyrənmək üçün 3 əsas səbəbləri göstərəcəyik. Bu 3 əsas problemi aştığınızda Ingiliz dili ilə aranızda bir problem qalmayacaqdır. 

İngilis dilini öyrənə bilməməyinizin səbəbi sistem problemidir. Əgər sistem deyiriksə nəyi nəzərdə tuttuğumuzu izah edək. Tələbələrimizlə çalışdığımız məsələlərdə bunları aydınlaşdırdıq. Tələbələr nəyi, necə və hansı sırayla öyrənəcəklərini bilmirlər. Burada bəlkə heç fikirləşmədiyiniz açar olacaq mövzudan bəhs edəcəm. Sıra, Sıralama və nəyin hansı sırayla öyrənildiyi dil öyrənmə metodunda çox önəmlidir. 


İngilis dilini öyrənərkən sıra nə üçün önəmlidir?

Sıranın həyatımızda büyük yeri var. Məsələ ilk öncə uşaq olarkən iməkləyirik, sonra yeriyirik və ya ilk olaraq kəlimələri deyirik, sonra cümlə qurmağı öyrənirik. Siz heç ana, ata demədən tam cümlə qurmağa başlayan uşak gördünüz? Sıranın vacibliyini göstərən biri də yemək reseptləridir. İngilis dilini öyrənməyə yemək bişirmək kimi baxa bilərsiniz. Yemək reseptlərində 2 nömrəli sıranı 6 nömrəli sıra ilə dəyişdirsəniz və ya başda edilməsi lazım olanı sonda edərsinizsə nə olar? Nəticdə yeyilməyəcək yemək olacaqdır. İngilis dilini öyrənən tələbələrin əksər problemi budur. Dil öyrənməyə səhv reseplə başlamaq. Yalnış reseptlə düzgün yemək bişirilməz. Buna görədə sizə nəyi hansı sıra ilə öyrənəcəyinizi izah edəcəm.


Nəyi necə öyrənəcəyinizi bilməmək. 

Misal üçün 100 tələbədən 90ı necə reading çalışacağını, necə söz öyrənəcəyini, listening bacarığını necə inkişaf edəcəyini. writing necə çalışacağını, speakingi inkişaf etdirmək üçün nə edəcəyini bilmir. Bunları bilməyəndə də illəri boş keçirmək olur. 1 il 5 il tələbə ingilis dilini öyrənir amma az səmərəli olur. 


Topu yuvarlayaraq dağa çıxartmaq

Tələbələrimizə ingilis dilini öyrənmək, topu yuvarlayaraq dağa çıxartmaq kimi deyirəm. Nə üçün? çünki, əgər buraxsanız sürətli şəkildə geri gedər. Əgər ingilis dilini öyrənmək mövzusunda ciddisinizsə hər gün ingilis dilində çalışmalar edərək hədəfinizə çatmış olarsınız. 1 ay öyrənib 1 ay öyrənməsəniz əvvəl öyrəndiklərinizdə yadınızdan çıxacaqdır. 

İngilis dilini öyrənmək üçün British Centre -ə müraciət edin.

2020.01.31 / 17:56


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat


Bizə yazın
whatsapp-button

Online Ödəniş payment-card

© Copyright 2010-2024 British Centre Bütün Hüquqları Qorunur.

Bu sayt inova E-Ticarət sistemləri ilə hazırlanmışdır