Sizə
Zəng Edək
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

İngilis dilini danışaraq öyrənin

İngilis dilini danışaraq öyrənin

İngiliscə danışmaq demək ingiliscə öyrənməyin yolunda olduğunun göstəricisidir

Bəli, ingiliscə danışmaq demək ingiliscə öyrənməyin yolunda olduğunun göstəricisidir. Azərbaycanca danışmaqdan heç yorulmadınız, bezmədiniz. Hər gün danışırsınız. Çünki həyatınızı bu dil ilə yaşayırsınız. Azərbaycan dilində danışmağa həm məcbursunuz həmdə sevirsiniz. Bu səbəblə də, Azərbaycan dili sizinlə yaşayan dildir. İngilis dili də belədir! Özünə yüklənmək, qramatikanın quruluşu, zamanlar hamısını fikirləşdikcə insanlar mövzunun içində itib-batrılar.

Biraz təbəssümlənəcəyiniz bir mözuya toxunacam: Bir Amerikalı eşidərsə ki, siz bütün “zamanları" bilirsiniz “vaoo" deyər! :) Çünki özü bilmir; hətta heç marağı olmaz. Və ya İngiltərə küçələrində hər hansı bir şəxsdən soruşsanız İngiliscə dil qaydalarından bir çoxunu bilməz. Hətta bir çox ingilislər öz sözlərinin yazılış qaydalarını bilmirlər. Həmdə cahil deyillər, oxumuş və peşə sahibidirlər. Demək istədiyim budur ki, bu ola bilər, ayıblanacaq heçnə yoxdur. Bizim qədər ingiliscə dil qaydalarına əməl edən - qramatika bilməyən o insanlar hamınızın danışmaq istədiyi kimi ingilis dilində danışır. Çünki danışırlar. İngilis dilini yaşayırlar necə ki biz Azərbaycan dili ana dili olaraq bilirik.

Misal; susamısan və su istəyəcəksən; qramatika ilə maraqlanırsan? “I wonder if you could give me some water please?” deyə bilməsən belə “water, please?” deyər həll edərsən məsələni. Haqsızam?

İngilis dili qramatikasını öyrənməyin demirəm. Qramatika əlbətdə dil öyrənməkdə əsaslardadır. Amma gramatika tək başına sizi ingiliscə danışdırmaz deyirəm. Qaydaların içində boğulmayın deyirəm. Azərbaycanda qramatikanı çox yaxşı bilən, ingilis dili dərslərindən əla qiymətlər alan amma xarici biriylə 2 dəqiqə danışmağı bacara bilməyən minlərlə insan var.

Okay, buraya qədər razılaşdığımızı düşünürəm. İngilis dilindi danışaraq öyrənəcəyik. Anladım, necə danışacayıq, nələr edəcəyik?

İngilis dili öyrənmənin 5 əsas üsulu tez və effektivdir


İngilis dilində oxumaq

Həmdə çox oxuyun. Əlinizə nə keçərsə oxuyun. İngilis dilində kitablar, qəzetlər, jurnallar və s. oxuyun. Heç çəkinmədən uşaq heykayələri kitapları alın. Bu tipli kitablar uşaqların başa düşəcəyi dildən bəsit və başa düşülən cümlələrlə yazıldığına görə sizə çox kömək edəcəkdir. Çox oxumaq bir çox kəlimələri dəfələrcə görmək deməkdir. Bu sizin lüğətinizi inkişaf etdirəcəkdir.

İngilis dilində lüğətdən istifadə edin

Hansı lüğət? İki tərəfli lüğətdən (Azərbaycanca - İngiliscə və İngiliscə - Azərbaycanca )istifadə etməyin. Onlar sizin işinizə yaramaz və tənbəlliyə gətirib çıxarır. İngilis dili öyrənənlər üçün sadə İngiliscə lüğətlər var. Onları istifadə edin.

İngilis dilində dinləmək

Boş vaxtlarınızda başqa televiziya proqramlarına itirəcəyiniz vaxları ingilis dilli telekanalları izləsəniz faydaları var. Hətta heçnə belə başa düşməsəniz belə həmin kanalları izləməyə davam edin. Təkrar-təkrar eşitdiyiniz kəlimləri gedərək tanımağa başlayacaqsınız. Bir neçə ay sonra ingilis dilində dinləmə bacarıqlarının inkişaf etdiyinin şahidi olacaqsınız.

İngilis dilində yazı yazın

İnternetdə xarici ingilis dilli formumlara girin, şərhlər yazın, suallar soruşun. Hətta dost tapın və çat və ya facebook vasitəsi ilə danışın. Qarşılıqlı danışmağa görə yazışaraq danışmaq daha rahatdır. Cümlələrinizi fikirləşərək qurarsınız və beləliklə utanmayacaqsınız.

İngilis dilində danışmaq

İnsanlarla İngilis dilində danışmaqdan çəkinməyin. Mən demirəm ki, küçəyə çıxıb ilk qarşınıza çıxan turistin qabağını kəsib ingiliscə danışın. Dostlarınızla və ailənizlə danışıqlara başlaya bilərsiniz. Social mediada yazışdığınız xarici dostlarınızla kameralı danışa bilərsiniz. İlk başdan utansanız belə gedərək öyrənəcəksiniz və dilinizdə açılmağa başlayacaqdır.

Nə olsada danışmağa başlayın. Danışmaqdan əsla çəkinməyin. Kimsə sizdən “fluent” ingilis dili gözdəmir, nəticədə xarici bir dildə danışırsınız. Əlbətdə danışaraq öyrənəcəksiniz və irəliləyişi hiss etdikcə sevinəcəksiniz. Bu da sizə dil biliyinizi qabağa aparmaq üçün sizə möhtəşəm motivasiya verəcəkdir.

2017.10.27 / 17:11


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat


Bizə yazın
whatsapp-button

Online Ödəniş payment-card

© Copyright 2010-2024 British Centre Bütün Hüquqları Qorunur.

Bu sayt inova E-Ticarət sistemləri ilə hazırlanmışdır