Sizə
Zəng Edək
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

İngilis dilində danışarkən nələrə diqqət etmək lazımdır?

İngilis dilində danışarkən nələrə diqqət etmək lazımdır?

İngiliscə danışarkən qarşınızdakının başa düşməsi üçün tələffüzə çox diqqət etmək lazımdır. Tələffüz - İngilis dilini yaxşı bildiyinizi göstərən ən vacib xüsusiyyətdir. Nə qədər söz bazanız və qramatika biliyiniz olursa olsun, sözləri düzgün ifadə edə bilməsəniz qarşı tərəf sizi başa düşməyəcək və beləliklə ingilis dili biliyinizdə işə yaramayacaq. Bu o demək olurki, ingilis dilində uğurlu danışıq aparmar üçün öyrəndiyimiz sözləri ən düzgün tələffüzləri ilə öyrənmək lazımdır.

İngiliscə danışarkən çəkinmədən danışın.

Axıcı ingilis dilini danışmaq bacarığı üçün xüsusilə praktiki və qramatikanı bilmək lazımdır. Cümləni başdan sona qurub və son sözü xatırlaya bilmədiyiniz təqdirdə çox narahat olursunuz. Hər şey yaxşıdır, amma həmin söz heç cürə ağlınıza gəlmir. Bu vəziyyətdə dərhal həmin sözün eyni məna verənini ağlınıza gətirin. Eyni sözü inadkarcasına xatırlamağa çalışmayın. Onsuzda xatırlasaydınız daha ilk andan ibarət ağlınıza gələcək və bir anda ifadə edəcəkdiniz.

Boşluqları dolduran sözləri öyrənin.

Bu sözlər sizə danışarkən, nəfəs alacaq və bir sonrakı cümləni qurmaq üçün vaxt verəcəkdir. Well, um, hmm, actually, like, I mean və you know sözləri boşluq dolduran bir neçə sözlərə misal olaraq verilər.

Bədən dilinizi istifadə edin.

Çox olmamaq şərti ilə əl, qol hərəkətləri və mimikalarilə danışığınızı zənginləşdirin. Beləliklə danışdıqlarınızı qarşı tərəf daha yaxşı başa düşər.

Danışmağa hazırlıqlı gedin.

Həmişə hazırlıqlı olmasanızda ingilis dilində edəcəyiniz danışıqdan öncə mövzu ilə əlaqədar kəlimə və terminləri gözdən keçirməkdə fayda var. Yəni sözləri xatırladığınız zaman ən azı rahat olacaqsınız.

Həyacanlanmayın.

Əgər bunu necə bacaracağınızı soruşsanız, çoxlu ingiliscə paraktika edin deyəcəyik. Çünki ingiliscə danışarkən hiss edilən həyacana qalib gəlməyin yolu praktikadır.

İngilis dilində danışarkən diqqət etməyiniz lazım olan nöqtələri və ən effektli şəkildə öyrədən British Centre-ilə sizdə bacara bilərsiniz…

2017.10.10 / 17:09


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat


Bizə yazın
whatsapp-button

Online Ödəniş payment-card

© Copyright 2010-2024 British Centre Bütün Hüquqları Qorunur.

Bu sayt inova E-Ticarət sistemləri ilə hazırlanmışdır