Minlərlə insan ən azı bir dəfə ingilis dilini öyrənməyə başlayıb — böyük həvəslə, böyük planlarla və sona qədər gedəcəyinə tam əmin olaraq. Amma sonra gündəlik işlər, qayğılar, yorğunluq başlayır… və dərslik haradasa jurnal yığınının altında qalır, “tezliklə yenidən başlayacam” vədi isə getdikcə daha tez-tez təkrarlanır. Əgər bu məqaləni oxuyursunuzsa, çox güman ki, siz də bu vəziyyətlə üzləşmisiniz.
Əslində motivasiya sehrli şəkildə birdən-birə gələn bir ilham deyil. Bu, insanın özü tərəfindən qurula bilən bir sistemdir. Bu məqalədə siz ilham müvəqqəti “məzuniyyətdə” olsa belə, ingilis dilini necə öyrənmək və yarımçıq qoymamaq olar sualına cavab tapacaqsınız. Biz marağı, intizamı və irəliləyiş hissini geri qaytaran real və işlək məsləhətləri topladıq. Darıxdırıcı şüarlar və abstrakt ifadələr olmadan — yalnız həqiqətən kömək edən tövsiyələr.
İngilis dilini öyrənməyə qərar verdiyiniz o ilk günü xatırlayırsınızmı? Həvəs zirvədə idi, beyninizdə isə artıq planlar qurulmuşdu: müsahibədə inamla danışmaq, xarici “reels”lərdəki zarafatları dərhal anlamaq və ya Starbucks-da utanmadan latte sifariş etmək…
Amma sonra nəsə yolunda getmədi. Alov söndü, dərslik rəfdə tozlandı, vicdan isə arada bir köhnə arzuları xatırladaraq sizi narahat edir… Gəlin, ingilis dili öyrənməyə motivasiyanın niyə itdiyini birlikdə anlayaq.
Ən çox rast gəlinən səbəblər bunlardır:
Məqsədiniz “ingilis dilində sərbəst danışmaqdırsa” — bu çox gözəldir. Amma bu, Moskva–Vladivostok yolunu piyada getməyə bənzəyir. İlk günlər enerjilisiniz, amma sonra anlayırsınız ki, hədəf hələ çox uzaqdadır. Mənzərə dəyişmir, irəliləyiş hiss olunmur və yorğunluq başlayır. Beyin “uğurun” nə vaxt gələcəyini anlamadıqda marağını itirir.
Bir çoxları dili öyrənməyi ağır məşq kimi təsəvvür edir: hər gün 2 saat — qaydasız fellərin əzbərlənməsi, dərslikdən səhifələr, testlər. Həyat rutinə çevrilir, qrafikdən kiçik bir yayınma isə (“bir gün buraxdım — deməli hər şey bitdi”) hər şeyi atmaq istəyi yaradır. Beynimiz darıxdırıcı və məcburi təkrara qarşı çıxır.
Oxuyursunuz, çalışırsınız, amma nəticəni göstərməyə fürsət yoxdur. “Bacardım!” hissi yaranmır. Xarici biri ilə söhbət, filmi orijinalda başa düşmək, mahnının sözlərini anlamaq — bunlar motivasiyanı artıran kiçik qələbələrdir. Nəticə illərlə uzaqda olduqda həvəsi saxlamaq çətindir.
Eyni tapşırıqlar, sonsuz cədvəllər və real həyatla əlaqənin olmaması — hətta ən səbirli insanı da bezdirər. İngilis dili maraqsızlaşır və beyin başqa işlər axtarmağa başlayır.
“Bu tapşırığı yenə bacarmadım. Deməli, mən bacarıqsızam. Mənim ingiliscəm sıfırdır.” Tanışdır? Bu, perfektsionizmin tələsidir. Kiçik səhvlər faciəyə çevrilir və insan yenidən başlamaqdansa hər şeyi atmağı üstün tutur.
Həddindən artıq gözləntilər də maneə yaradır. Bir həftəyə serialı altyazısız başa düşmək, daşıyıcı kimi danışmaq — bunlar real deyil. Dil öyrənmək sprint deyil, müntəzəm bir səyahətdir.
Aydın plan olmadıqda insan itir: bu gün tətbiq, sabah YouTube, o biri gün yeni kurs. Nəsə edirmiş kimi görünür, amma nəticə yoxdur — nəticədə motivasiya ölür.
Kimsə artıq sərbəst danışır, siz isə hələ sadə cümlələrdə ilişirsiniz. Amma hər kəsin tempi fərqlidir — bu tam normaldır. İngilis dili tələskənliyi və sərt özünütənqidi sevmir.
◆ Böyük nəticə gözləməyin, kiçik qələbələrə sevinin: serialda zarafatı başa düşdünüz, 10 yeni söz öyrəndiniz, müəllimə tərəddüdsüz cavab verdiniz — bu artıq irəliləyişdir.
◆ “Sərbəst danışmaq” anlayışını unudun. Konkret və yaxın məqsədlər qoyun: iş üçün 20 söz öyrənmək, “Friends” serialının bir seriyasını altyazısız izləmək, hobbinizlə bağlı məqaləni başa düşmək.
◆ İngilis dilini gündəlik həyatın bir hissəsinə çevirin. Yolda podkast dinləyin, telefonu ingilis dilinə keçirin, yemək bişirərkən ingilisdilli bloggerlərə baxın.
◆ Sizə həqiqətən maraqlı olan formatı seçin. Dərslik darıxdırırsa — onu interaktiv platformalar, müəllimlə dərslər, danışıq klubları və ya adaptasiya olunmuş kitablarla əvəz edin. Maraqlılıq ən güclü motivasiyadır.
◆ Ən vacibi — vərdiş yaradın. Gündə 15 dəqiqə, həftədə bir dəfə 2 saatdan daha effektivdir. Təxminən 3 həftədən sonra bu vərdişə çevrilir və öyrənmək daha asan olur.
Daxili maneələri aşdıq. Amma prosesi daha dayanıqlı edən bir üsul var — mini-qruplar.
Məhz buna görə mini-qruplarda oxuyan tələbələr hədəflərinə daha tez çatır və yarımçıq qoymur.
Yazılanların hamısı — British Centre Azerübaijan-da gündəlik tətbiq olunan real təcrübədir.
Pulsuz sınaq dərsinə yazılın, metodikamızla tanış olun və böyüklər üçün online mini-qrup kurslarımız haqqında ətraflı məlumat alın.
Əlavə olaraq:
● Müəllim səviyyənizi müəyyən edəcək
● Faydalı tövsiyələr verəcək
● Məqsədlərinizə uyğun fərdi təhsil planı hazırlayacaq
İngilis dilinin sevilən bir vərdişə çevrilə biləcəyini göstərən ilk addımı atın!
2026.01.26 / 18:29