MBA: Fərdi görüşlərin zəruriliyi ilə bağlı 5 səbəb
Ən nüfuzlu biznes məktəblərinin nümayəndələri 13 fevral tarixində Bakı şəhərində keçiriləcək fərdi görüşlərdə yüksək səviyyəli rəhbərlərlə bir araya gəlir.
Son illərdə biznes idarəçiliyi üzrə magistr (MBA) dərəcəsi yalnız biznes sektorunda deyil, həmçinin idman və aviasiya kimi fərqli sahələrdə də yüksək qiymətləndirilir. Elə buna görə də, MBA dərəcəsi idarəetmə sahəsində öz karyera imkanlarını genişləndirmək və ya fərqli sahədə fəaliyyət göstərmək istəyən iş adamları üçün mühüm nailiyyət hesab olunur.
Dünyanın istənilən nöqtəsində təhsil almaqla bağlı çoxsaylı imkanlar mövcud olduğu üçün bu sahədə rəqabət mütləq nəzərə alınmalıdır. Ən nüfuzlu MBA proqramları fərqli tələbə kollektivi və güclü məzun şəbəkəsi formalaşdırmaq üçün perspektivli və bacarıqlı namizədlər axtarışındadır. Ərizəçilər müraciət prosesinin əvvəlindən sonuna qədər öz vaxtlarını və səylərini sərf etməyə hazır olmalıdırlar.
Məhz bu səbəbdən fərdi görüşlər mühüm əhəmiyyət kəsb edir.
1. MBA fərdi öhdəlikdir
MBA dərəcəsi karyera, həyat tərzi və gələcək inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. MBA namizədləri ilə bağlı qiymətləndirmə zamanı şəxsi keyfiyyət və məktəbin yanaşması vacib faktorlar hesab olunur. Müxtəlif məktəblərin nümayəndələri ilə şəxsən müzakirələr aparmaqla MBA proqramlarından hansının müəyyən bir şəxsin tələblərinə uyğun olduğunu asanlıqla müəyyən etmək mümkündür.
2. Biznes məktəbləri ilə işgüzar xarakterli görüşlər
MBA üçün müraciət edən şəxslər MBA proqramlarının nümayəndələri ilə şəxsən görüşməklə öz işgüzar məqsədlərini müzakirə etmək imkanı əldə edirlər. Nəticədə onlar öz şəxsi və işgüzar məqsədlərinə çatmaq üçün hansı məktəblərin daha uyğun olduqlarını müəyyən edirlər. MBA görüşləri, həmçinin namizədlərə proqrama qəbul sahəsində mövcud olan rəqabətlə bağlı məlumata sahib olmaq imkanı yaradır.
3. 20 konstruktiv dəqiqə
Access MBA üzrə fərdi görüşlər ixtisaslı şəxslərə onların təcrübələri və gözləntiləri tam şəkildə nəzərə alınaraq seçilmiş məktəblərin nümayəndələri ilə görüşmək imkanı yaradacaq. Belə ki, məktəb nümayəndələri ilə MBA üzrə namizədlər artıq bir-biri ilə tanış olurlar və hər bir 20 dəqiqəlik görüşdə ən əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.
4. MBA proqramına qəbulla bağlı üstünlük əldə etmək
Fərdi MBA tədbirinin iştirakçıları onları maraqlandıran sualları verərək və özlərinin ən üstün təqdimat bacarıqlarını nümayiş etdirərək proqrama qəbul olmaq üçün yaranan imkanlarla tanış olacaqlar. Fevralın 13-u Baku Access MBA sərgisində iştirak edəcək ən nüfuzlu və iddialı biznes məktəbləri aşağıdakılardır: Manchester Business School, Rotterdam School of Management, Rotman School of Management, IE Business School, ADA University, Nottingham Trent University, HEC Paris, York University-Schulich School of Business.
5. Real zamanda peşəkar üstünlük
MBA dərəcəsi əldə etmək unikal imkandır və MBA proqramına qəbul olmaq üçün müraciət edən şəxslər ekspertlərin rəyi ilə tanış olurlar. Biznes məktəblərinin nümayəndələri ilə görüşdən əvvəl, sonra və görüşlər arasındakı müddətdə iştirakçılar biznes təhsilinə uğurlu sərmayə yatırmaq üçün heç bir ödəniş etmədən MBA proqramı seçiminin, GMAT hazırlığının, maliyyələşdirmə imkanlarının və MBA üçün müraciət strategiyalarının bütün aspektlərini əhatə edən MBA konsultasiyasına qatıla bilərlər.
Ən nüfuzlu biznes məktəblərinin MBA proqramına qəbul üzrə direktorları ilə fərdi görüşlər:
13 fevral 2020-ci il
Hyatt Regency Baku, İzmir küçəsi 1033
16:30 – 22:00
Qeydiyyat: https://www.accessmba.com/link/EOJ da heç bir ödəniş etmədən onlayn qeydiyyatdan keçə bilərsiniz. MBA tədbirindən ən azı 10 gün öncə qeydiyyatdan keçməklə tədbirdə sizin məqsədlərinizə ən uyğun olan biznes məktəbini müəyyən etmək üçün profilin qiymətləndirilməsi və fərdi konsultasiya imkanlarından faydalanacaqsınız.
2020.01.31 / 22:55