Обратный
Звонок
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Полезно и интересно

Restoranlar üçün 10 ingilis dilində kəlimə

Restoranlar üçün 10 ingilis dilində kəlimə

Səhər yeməyi, qəlyanaltı, nahar yeməyi, axşam yeməyi, qəhvə və tort, iş çıxışı içkilər və ya sadəcə qəlaynaltı… restorana getmək üçün bir çox səbəb var. Restoranlarda danışılan 10 söz və ifadələri sizin üçün araşdırdıq. Ləzzətini alın!

  1. RESERVATION - REZERVASİYA

Seçdiyiniz restoranda boş bir masa olduğuna əmin olmaq üçün reservasiya etdirmək ən yaxşısıdır. Rezervasiya etdirməyin ən yaxşı yoluda məkana zəng etməkdir. Restorana zəng etdikdə bu şablon cümləni istifadə edə bilərsən: "I would like to reserve a table for (XX people) on (date) under (last name)” (Bu soyada bu tarixdə bu qədər adam üçün reservasiya etdirmək istərdim). Ad olaraq soyadını verərsən, dəvət etdiyin adamlar səndən öncə getdiyində ayırdığın masanı tapmaqları asan olar.

  1. ORDER - SİFARİŞ

Restorana yeyib-içmək üçün getdin, elə deyil? Bu halda menyudan seçdiyin yeməklər sənin sifarişin olur. “Order" kəliməsi həm isim (“Your order is ready”, “Sifarişiniz hazırdır") həmdə fel olaraq istifadə olunur “We ordered the checken”, “Toyuq sifariş etdik”), bu səbəbdən deyilənlərə qulaq vermək lazımdır.

  1. SERVER/TO SERVE - XİDMƏT EDƏN ADAM/XİDMƏT ETMƏK

Server dediyimiz sifarişləri alan, yemeyini gətirən və restoranda olduğun müddətcə səninlə maraqlanan adamdır. Birləşmiş Krallıqda və İngilis dilində danışılan digər dövlətlərdə bu adamlara “waiters" və ya “wait staff” deyilir (qarson/restoran işçisi). Yemək müddətincə bu insanlar sifariş almaq, yeməkləri servis etmək, stəkanları doldurmaq, boş stəkan və qabları götürmək və hər şeyin yolunda olduğundan əmin olmaq üçün masanıza sıx-sıx baş çəkəcəkdir.

  1. BYO - BRING YOUR OWN

“Bring your own”(Özün gətir) ifadəsinin qısalmışıdır. Bəzi restoranlar öz sevdiyiniz içkiləri restorana gətirməyə icazə verirlər. Elə BYO buna deyilir. Bu tipli yerlərə öz şərabınızı apardıqda qarson onu açar, lazım gələrsə soyuducuya qoyar və servis edər. Daha sonra içən adam başına və ya içilən şüşə başına bir neçə dollarlıq “corage" deyilən şərab açma və xidmət haqqı ödəyərsən.

  1. STARTER - BAŞLANĞIC

Bu işin əyləncəli hissəsi; yeyiləcək yeməklər buradan başlanır. O halda ən başdan başlayaq. Bir başlanğıc yeməklərlə başlayaq. Ana yemekten əvvəl gələn kiçik yeməklər bunlardır. Masanın üzərinə sərpiştirilir. Başlanğıcda nələr yeyilir? Restoranın tipinə görə dəyişir. Pendir, salat növləri, kalmar və s. Sifariş vermək üçün "XXX ilə başlayaq" deyə bilərsiniz.

  1. MAIN COURSE - ANA YEMƏK

İndi gəldik ana yeməyə (bəzən sadəcə “main" deyə istifadə olunur). Ümumilikdə hərkəs yeyəcəyi yeməyi sifariş edər amma özəlliklə dostlarınızla yeməyə getmisinizsə qrup olaraq ana yeməkləri paylaşa bilərsiniz. Qərar verməyə kömək olmaq üçün menyuda ana yeməklər başlıqlara bölünür: tovuq, ət yeməyi, vegeteryan, şirniyyatlar, düyü, balıqlar, dəniz məhsulları və salatlar kimi.

  1. DESSERT - ŞİRNİYYAT

Yeməyin sonunda hər vaxt şirniyyatlara yer vardır. Kek, dondurma, meyvə salatı və s. Şirniyyatın yanında qəhvə, çay, bitki çayı, və ya şirin şərabda yaxşı gedir.

 

  1. CHECK - HESAB

Şirniyyat-mirniyyat keyfi qurtardıqdan sonra hesabı öyrənməyin vaxtı gəlir: Check! Hesabı istəmək üçün “server" dediyimiz adamla göz təmas qur, gülümsə və ya masaya çağırdığını bildirən bir hərəkət et. Sizə yaxınlaşdıqda bu sualı verə bilirsən "Could we have the check, please?” (Hesabı ala bilərik, zəhmət olmasa?). Hesabda sifariş etdiyin yeyəcəklər, içəcəklər və qiymətləri siyahalanmış olur. Amerikada vergi hesaba əlavə edilmiş gəlir; İngilis dilində danışılan digər dövlətlərdə isə vergi menyuda yazan qiymətlərə daxildir.

  1. TIP / TO TIP - BƏXŞİŞ/ BƏXŞİŞ VERMƏK

Hesab da gəldiyinə görə ödəmək lazımdır. Əgər Amerikadasansa, server üçün %25 kimi bir bəxşiş gözlənilir. Buda gələn hesabın 1/4-ni hesaba əlavə edib, ödəməyin mənasına gəlir. Digər dövlətlərdə isə bəxşiş vermək tamamilə öz istəyinə buraxılır. Çünki qarsonlar saat başına yüksək maaş alırlar və gəlirləri üçün bəxşişlərə etibar etmirlər.

  1. IT IS MY TREAT - MƏNDƏN OLSUN

Yeməyi yediyin adamdan bunları eşidərsənsə sevinməlisən! “It is my treat" dostun sənin yemək pulunu ödəyəcəyi anlamına gəlir!

2017.10.18 / 14:28


  УЧИТЕСЬ С ГАРАНТИЕЙ РЕЗУЛЬТАТА!.


Адрес

Caspian Plaza 1st corps,

7th floor. J.Jabbarli street. 44,

Baku, Azerbaijan, AZ1065

Tel: 012 555 71 94

Mobile: 070 200 71 94

E-mail: info@britishcentre.az

Подписывайтесь На Нас

Facebook Facebook

Twitter Twitter

Instagram Instagram

Google Plus Google Plus

Youtube Youtube

© Copyright 2010-2018 British Centre All Rights Reserved.