Sizə
Zəng Edək
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

Ümumi İngilis Dili

Ümumi İngilis Dili

Səlisliyə diqqət yetirərək, Ümumi İngilis dili sizə İngilis dilinizi inkişaf etdirməyə və dili praktik anlama və onu istfadə etmək imkanı yaradır. Siz 4 bacarığa diqqət yetirməlisiniz: danışıq, dinləmə, oxuma və yazma. Siz İngilis dili səviyyənizi və ondan istifadə etmək bacarığınızı maksimum səviyyəyə çatdıracaqsınız.

Siz bu kursdan daha çox bilik əldə edərsiniz, əgər

  • Sizin səviyyəniz Beginner və Advanced arasındadırsa
  • Özünüzə inanaraq İngilis dili səviyyənizi tez və effektiv şəkildə irəlilətmək istəyirsinizsə
  • Siz gündəlik situasiya və vəziyyətləri rəvan və tam anlamaq istəyirsinizsə

Bu kursda sizi nələr gözləyir:

  • Həqiqi İngilis dili

Bizim tədris metodikamız sizə gerçək həyatda və gündəlik situasiyalarda İngilis dilində necə danışmaq lazım olduğunu öyrədəcək. Siz 4 bacarıq (reading, writing, speaking və listening) üzərində diqqəti cəmləşdirib qrammatika biliyinizi itiləşdirərək söhbət etmə bacarıqlarınız,tələffüsünüz, lüğət və idiomlar bazanız üzərində işləyəbilərsiniz. Məqsədlərinizə Nail olmaq üçün İngilis dilini öyrənin. Məqsədinizə Nail olun!

  • “Düşünmə müddətini” irəlilədin

Düşünmə müddəti – sizin İngilis dilində dinləmək, anlamaq və cavab vermək üçün müəyyən zaman müddəti deməkdir. Bizim Ümumi İngilis dili kursunda, siz bu düşünmə müddətini azaldacaq, daha tez cavab verməyinizi təmin edəcək və bu dil üzrə səlisliyinizi təkmilləşdirəcək.

  • Mövzu əsaslı dərslər

Sizin alacağınız hər bir dərs müəyyən mövzuya əsaslanacaq. Dil bacarıqları və qrammatika müəyyən mövzu çərçivəsində öyrədiləcək və öyrəndiyiniz hər mövzunun canlı şəkildə tətbiq edilməsinə xidmət göstərəcək. Sadə bir misal, siz xüsusi situasiyalarda İngilis dilini düzgün istifadə edə biləcəksiniz.

  • Dəstək

Müəllimlər və akademik heyət sizin üzərinizdə dəstəyi, həvəsləndirməni, məsləhət və əks əlaqəni ürəkdən təmin edəcəklər. British Centre`ın heyəti sizə rahat və özgüvən verecək otaq mühiti yaradacaqdır. İngilis dili müəllimlərin rolu sizi İngilis dili hədəfinizə tərəddüdsüz çatdırmaqdır.

  • Yaradıcı və enerjik dərslər

Rahat sinif otaqları həmişə əyləncə və ruhlandırıcı atmosfer yaradır. Sinif yoldaşlarınızla əlaqə qurduqda inamla və sərbəst danışacaqsınız. Bizim profesional və xüsusi müəllim heyəti sizi hər bir dərs günündə əyləncəli və funksional dərslərlə təmin edəcəklər.

  • Orijinal materiallar

Dərs kitabları ilə yanaşı müəllimlər tez-tez qəzet,video,internet və CD`lər əlavə edirlər. Bütün bunlar sizə İngilis dilini təmiz başa düşmək və bu dilindən həqiqətən necə istifadə etmək lazm olduğunu öyrədəcək!

2017.04.18 / 19:39


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat


Bizə yazın
whatsapp-button

Online Ödəniş payment-card

© Copyright 2010-2024 British Centre Bütün Hüquqları Qorunur.

Bu sayt E-Ticarət sistemləri ilə hazırlanmışdır