language
language
Sizə
Zəng Edək
BRITISH CENTRE İngilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

İNTENSİV İNGİLİS DİLİ KURSU FAYDALIDIRMI?

İNTENSİV İNGİLİS DİLİ KURSU FAYDALIDIRMI?

    Son dövrlərdə sürətləndirilmiş (intensiv) ingilis dili kursları bir çox insan tərəfindən bilinir. Bir ayda ingilis dili öyrənmək mümkündürmü? İki həftədə nə qədər ingilis dili öyrənilir? Elə bizdə bu kimi suallara cavab veririk. İntensiv ingilis dili yararlıdırmı? Sürətləndirilimiş ingilis dili kursu üçün ödədiyiniz ödənişlər həqiqətən dəyərmi?

5 gündə ingilis dilini öyrənmək mümkündürmü?

 

    İngilis dilini qısa müddətdə öyrənmək mümkün deyildir. Beş gündə, bir həftədə və ya bir ayda ingilis dilini daha yaxşı bilmək qeyri-mümkündür. Lakin illər çəkəcək deyə bilmərik əlbətdə ki. Buradakı tək məlumat, sürətləndirilmiş ingilis dili kursu olaraq bilinən çox qısa müddət içində ingilis dili öyrənmək iddiası nə qədər çətin olduğunu izah etməkdir.

 

İngilis dili nə qədər müddətə öyrənilir?

 

    Bir çox dil məktəbləri bütün tələbələrə eyni sistemi tətbiq edir. Lakin hər kəs eyni deyil! Hər şəxsin dil öyrənməsi ilə əlaqədar məqsədləri, imkanları və ehtiyacları fərqlilik göstərir. Bu səbəblə eyni sistem ilə təhsil alan tələbələrin bir çoxu müvəffəqiyyətsiz olduğu müşahidə edilmişdir.

    Əgər ingilis dilini heç bilmirsinizsə, ilk səviyyə olaraq başlanğıc səviyyələrini 1-2 ay ərzində tamamlaya bilərsiniz. İrəlidəki mərhələlər isə daha çox vaxt və əmək tələb edir. Öyrənmə müddətiniz sizdən aslı olaraq dəyişə bilər.

   İngilis dili tədrisində fundamental mərhələlər bunlardır;

  • Elementary
  • Intermediate
  • Upper
  • Advanced

    Hər mərhələnin fərqli ehtiyacları vardır, müəyyən bir söz bazasına sahib olmağınız vacibdir, qrammatika strukturlarını bilmək və ən əhəmiyyətlisi yaxşı İngilis dilində danışmaq, anlamaq əhəmiyyətli bir şərtdir. İngilis təhsilinin fundamental mərhələlərini, sürətləndirilmiş bir kursda sizə öyrədilməsi çox çətin olacaqdır.

 

İngilis dilini öyrənmək üçün nə etməlisiniz?

 

    Ingilis dili vaxtla və mərhələli şəkildə sizə anlaşılır. Zamanla ingilis dilini başa düşmək, oxumaq, danışmaq bacarıqlarına sahib olacaqsınız. Unutmayın indiki zamanda ingilis dilini bilməmək dezavantajdır. Sizdə indi qeydiyyatdan keçərək ingilis dilini öyrənməyə başlayın. Rəqiblərinizdən bir addım öndə gedin.

2017.05.02 / 05:52


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat.


Ünvan

Caspian Plaza 1-ci korpus,
7-ci mərtəbə. C. Cabbarlı küç. 44,
Baku, Azərbaycan AZ1065
Tel: 012 555 71 94
Mobile: 070 200 71 94
E-mail: info@britishcentre.az

© Copyright 2010-2017 British Centre Bütün Hüquqlar Qorunur.