Sizə
Zəng Edək
BRITISH CENTRE Ingilis Dili Kursları haqqında faydalı və maraqlı xəbərlər

Faydalı və Maraqlı

İngilis dilini öyrənməyin 10 üstün yolu

İngilis dilini öyrənməyin 10 üstün yolu

İngilis dili oyrenmek

İngilis dilini sürətli və zövqlü öyrənmək bir çox insanların xəyalıdır. İngilis dili asan bir dil olsada öyrənilməsi bəzi hallarda qeyri-mümkün ola bilər. Amma mən bunun qeyri-mümkün olmadığını

sübut etmək üçün buradayam. Təbii ki, düzgün strategiyanı istifadə etdiyin müddətcə sürətli ingilis dilini

öyrənmək çətin deyil.

Necə sürətli ingilis dilini öyrənə biləcəyimizə dair bir araya gətirdiyimiz 10 tövsiyyəni tətbiq etdik və beləliklə sizdə ingilis dilini daha yaxşı öyrənə bilərsiniz.

1. SÜRƏTLİ İNGİLİS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN TAPA BİLDİYİNİZ QƏDƏR HƏR ŞEYİ OXUYUN.

Klassik ədəbiyyat, kitabların arxa qapaqları, qəzet, internet saytları, e-mailler, ictimai mediadakı xəbər

axışı, qıdalanma qutularının üzərindəki yazıları. Niyə deyə sual verərsinizsə. Çünki bu mətnlər onsuzda

bildiyiniz sözlər xaricində söz xəzinənizi inkişaf etdirmək üçün köməkçi olacaq. O sözləri fərqli mətnlərdə

görmək sizi sözün istifadəsiylə əlaqədar məlumatlandıracaq və daha sürətli irəliləyiş etməyinizdə koməkçi

olacaq.

2. YENİ SÖZLƏRİ QEYD EDİN.

Bu tövsiyyənin klassik olmasının səbəbi həqiqətən işə yararlı olmasıdır! Bəzən bəzi sözlər və ya ifadələr o

qədər xoşumuza gəlir ki, əsla unuda bilməyəcəyimizi düşünürük. Amma əmin olun ki, bəzən xatırlamağa ehtiyac duyulur. Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Hər yeni bir söz və ya deyim eşitdiyinizdə danışığın məzmununu və sözün nə mənada istifadə edildiyini qeyd edin: beləcə daha sonra qeydlərinin üzərindən keçərək "Bu söz yaxud kəlimə nə mənada istifadə edilmişdir?" deməzsiniz.

3. GERÇƏK İNSANLARLA DANIŞIN.

Dil ünsiyyət qurmaq üçün deyildirsə bəs nədir? Təbii ki, ictimai media və “Whatsapp” kimi tətbiqlər sağ olsun, artıq ağzımızı açmadan ünsiyyət qurmaq mövzusunda mütəxəsisləşdik. Unutmayın ki, xarici dili danışmaq, oxumaq və yazmaqdan daha yaxşı ağılda qalıcıdır. Bir çox insanın "İngilis dilini anlayıram ama danışa bilmirəm" dediyini sizdə eşitmisiniz! İngilis dilini öyrənməyə çalışan bir çox insan dialoq qurmağı gözündə böyüdərək böyük bir fobi halına gətirir. Xahiş olunur bunu etməyin! Bunun yerinə ana dili ingilis dili olan birini tapıb onunla biraz söhbət edə bilər, bir kursa yazıla bilər və ya onlayn ingilis dili təhsili ala bilərsiniz.

4. İNGİLİS DİLİNDƏ OLAN “YOUTUBE” KANALLARINA ABUNƏ OLUN.

Komediyanı, siyasəti və ya yemək bişirməyi sevirsinizmi? Hər bir maraq sahəsinə uyğun mövzuda

Youtube kanalı tapmaq artıq heç də çətin deyil. Bir neçə dənəsinə abunə ol və səyahət edərkən baxın yaxud dinləyin. İlk etaplarda bəzi yerli ləhçələri anlamaqda çətinlik çəkə bilərsiniz, ancaq qısa zamanda

eşitdiklərinizi anlamağa başlayacaqsınız (və ingilis dilini axıcı şəkildə danışan şəxslərdən bir çox yeni sözlər

öyrənəcəksiniz)

5. XARİCƏ SƏYAHƏT EDİN.

Dili danışıldığı yerdə, o mədəniyyətin içində yaşayaraq öyrənməkdən yaxşı bir yol varmı? İngilis dilinin

dünyada ən yayqın dil olduğu həqiqətdir. Seçimlər sırasında Avstraliya, Yeni Zelandiya, İngiltərə, Amerika,

Kanada, Malta və Cənubi Afrikanı tapa bilərsiniz. Xaricə səyahət etdiyinizdə davamlı ingilis dilinə məruz

qalacağınızdan eşitdiyiniz sözlər ağlınızda iştirak edəcək və ingilis dilini sürətlicə öyrənəcəksiniz. Diqqət

etməli olduğunuz şərtlərdən biri yanınızda Azərbaycan dilində danışan insanın olmamasıdır.

6. İNGİLİS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN DOSTLARINIZDAN FAYDALANIN.

Sosial mediada İngilis dilində paylaşım edən dostlarınız var? Paylaşdıqları mövzuları oxumadan keçməyin:

onları gözdən keçirin və gündə bir və ya ikisini oxumağa çalışın. Bu paylaşımlar xəbər, jurnal məqalələri,

videolar, danışıqlar, bloq yazıları, mahnılar və ya hər hansı başqa bir şey ola bilər: İngilis dilindədirsə və sənin maraq dairənə girirsə faydalı olacaqdır.

7. ÇOX SUAL VERİN.

Maraq pişiyi öldürür deyirlər. Lakin maraq eyni zamanda bir dil öyrənənin də axıcı olmasını öyrədir. İngilis

dilini öyrəndiyiniz müddətcə ağlınızda çox sayda sual işarələri yaranacaqdır. Bu sual işarələrini ortadan qaldırın! Əgər ingilis dili dərsinə gedirsinizsə bununla əlaqədar müəlliminizdən kömək istəyə bilərsiniz. Əgər ingilis dilini özünüz öyrənirsinizsə sualların cavablarını bloqlarda, veb səhifələrində, ingilis dilini öyrənən başqa insanlarla əlaqəya keçərək və ya forumlarda tapa bilərsiniz. Bunu etdiyinizə peşman olmayacaqsınız.

8. BİR ULDUZU NÜMUNƏ GÖTÜRÜN.

Öyrənmə prosesində sevdiyiniz bir oyunçu və ya musiqiçini seçərək rəngləndirin. İndi internetə daxil olun seçdiyiniz ulduzun verdiyi reportajları açın və onları izləyin. Əvvəl bəhs edilənləri bir dəfə izləyin, ikinci dəfə istifadə edilən ifadələri və sözləri qeyd edin. Bur reportajda eşidəcəyiniz deyimlər, zarafatlar, heykayələr, lətifələr söz xəzinənizə əlavə edəcəyiniz məlumatları təqdim edəcəkdir. Bunu sevərək edəcəyiniz üçün həm ingilis dilini öyrənəcəksiniz həmdəki sizin üçün əyləncəli olacaqdır.

9. HƏQİQƏTƏN EHTİYACINIZ OLAN ŞEYLƏRLƏ BAŞLAYIN.

Əgər özünüzə bu dili niyə öyrənmək istədiyinizə dair səbəbləri davamlı olaraq xatırladarsınızsa, ingilis dilini daha tez öyrənəcəksiniz. Xaricdə oxumaqmı istəyirsiniz? O halda oxuduğunuz sahə ilə əlaqədar sözləri

oxumağa hədəflənin. Beynəlxalq konfransamı qatılacaqsınız? Digər işttirakçılarla çıxışa başlamaq üçün

cümlələrin üzərindən keçin. Təhsilinizə bir il ara verib xaricəmi getmək istəyirsiniz? Bu vəziyyətdə turizm ilə əlaqəli sözlərə hədəflənməlisiniz. İnsanların əksəriyyəti qısa müddət ərzində ingilis dilini öyrənmək istəyir, lakin bu mümkün deyildir. Çünki ingilis dilini öyrənmək üçün vaxtınızın çox hissəsini səbr və təmkinli şəkildə ingilis dili öyrənməklə keçirməlisiniz.

10. ƏHVALINIZI POZMAYIN.

Göstərdiyiniz cəhtlərin qarşılığını ala bilmədiyinizi və ya kifayət qədər irəliləmə görmədiyinizi hiss etdiyinizdə zaman-zaman hamımız bu hislərə qapanırıq - “mən bunu bacara bilməyəcəm” və ya "heç vaxt ingilis dilində danışa bilməyəcəm” deməyin. Hətta bu cümlələri özünə qadağa qoyun! Bu mənfilik yalnız sizin irəliləmənizi görmənizə maneə törədəcək və ingilis dilini axıcı bir şəkildə danışma hədəfinə çata bilməyəcəyinizi fikirləşmənizə səbəb olacaqdır. Bunun yerinə, öz-özünüzə "ingilis dilini öyrənirəm və hər gün irəliləyiş müşahidə edirəm”, ” hər vaxt asan olmasada ama öyrənməyə dəyər”, "3 ay öncəkindən dahada yaxşıyam" və bənzər cümlələr quraraq böyük hədəfi görməyə çalışın.

2017.07.12 / 14:59


  Ödənişsiz məlumat əldə etmək üçün qeydiyyat


Bizə yazın
whatsapp-button

Online Ödəniş payment-card

© Copyright 2010-2024 British Centre Bütün Hüquqları Qorunur.

Bu sayt E-Ticarət sistemləri ilə hazırlanmışdır